22 
Yan
2026
22:02
214

Milli Qida Agentliyi “Picot” uşaq qidaları ilə bağlı araşdırmaya başlayıb

Gürcüstanın Milli Qida Agentliyi idxal olunan uşaq qidası məhsulu – Picot ilə bağlı araşdırmaya başladığını açıqlayıb.

InterPress.gr xəbər verir ki, agentliyin məlumatına görə, sözügedən məhsulla bağlı Avropa Komissiyasının RASFF sürətli xəbərdarlıq sistemi vasitəsilə rəsmi bildiriş daxil olmasa da, maksimum ehtiyat tədbirləri çərçivəsində konkret partiyaların satış şəbəkəsindən çıxarılmasına nəzarət edilir.

Nəzarət aşağıdakı partiyalara aiddir: Picot 1 400G – 8000003312; Picot 1 800G – 8000003297; Picot 2 800G – 8000003280.

Agentlik istehlakçılara müraciət edərək bildirib ki, əgər adıçəkilən partiyalara aid məhsullar alınmışdırsa, onların istifadəsindən çəkinmək tövsiyə olunur.

Araşdırma prosesi davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunub.

Bizimlə əlaqə saxlayın