Tbilisidə, Saburtalo rayonunda yerləşən binalardan birində bir kişi ölü tapılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi də təsdiqləyib.
Nazirliyin açıqlamasına əsasən, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə istintaqa başlanılıb.
Hazırda mərhumun şəxsiyyəti məlum deyil. Ölümün dəqiq səbəbi müvafiq ekspertizanın nəticələrindən sonra müəyyən ediləcək.
