Məktəblərdə dərs zamanı müəllimlərə bu qadağan edilir
2026–2027-ci tədris ilindən etibarən dövlət məktəblərində dərs prosesi zamanı mobil telefonlardan istifadə yalnız şagirdlər üçün deyil, müəllimlər üçün də mümkün olmayacaq.
InterPress.ge xəbər verir ki, bu dəyişiklik ümumi təhsil haqqında elan edilmiş islahat paketində nəzərdə tutulur.
Məlumata görə, Gürcüstan Təhsil Nazirliyindən bildirilib ki, dərs zamanı mobil telefonlardan istifadənin məhdudlaşdırılmasının əsas məqsədi müəllimlərin şagirdlərə şəxsi nümunə göstərməsidir.
Nazirlikdə qeyd edilib ki, dərs zamanı müəllimin mobil telefonunu şagirdlərin telefonları ilə birlikdə xüsusi saxlanma qutusuna qoyması uşaqlar üçün nümunə olacaq. Bildirilib ki, bu yanaşma müəllimlər üçün qadağa xarakteri daşımır və məqsəd yalnız şagirdlərə şəxsi davranış nümunəsi təqdim etməkdir.
Eyni zamanda vurğulanıb ki, mobil telefonların istifadəsi ilə bağlı konkret tənzimləmə qaydaları hələlik hazırlanmayıb və bu istiqamətdə işlər davam edir. Nazirlikdən bildirilib ki, əsas məzmun müəllimin dərs zamanı şagird üçün nümunə rolunu oynamasıdır.


