Külli miqdarda narkotik vasitənin qanunsuz saxlanılması faktı üzrə bir nəfərə ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğu xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması faktı üzrə bir nəfərə ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Prokurorluq yayıb.
Qurumun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində “buprenorfin” olan 5 həb və 13 ml maye narkotik vasitə əldə edib və saxlayıb. Sözügedən narkotik vasitələr hüquq-mühafizə orqanları tərəfindən təqsirləndirilən şəxsin yaşayış yerinə baxış zamanı aşkar edilərək götürülüb.
“Müxtəlif böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması” maddəsi ilə irəli sürülən ittiham Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin üçüncü hissəsinin “a” bəndini nəzərdə tutur ki, bu da cəza olaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.


