Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Vəftiz bayramı münasibətilə 159 məhkum şəxsi əfv edib.
InterPress.ge xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin açıqlamasında bildirilir ki, əfv qərarı humanizm prinsiplərinə və dövlət maraqlarına əsaslanır.
“Gürcüstan Prezidentinin Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətlərdən istifadə etməsi humanizm prinsiplərinə və dövlət maraqlarına söykənir”, – deyə məlumatda qeyd olunub.
