Gürcüstan Parlamentinin qarşısında vicdan məhbuslarının azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirilir.
Aksiya iştirakçıları əvvəlcə Filarmoniya yaxınlığında toplaşıb, daha sonra yürüşlə parlament binasına doğru hərəkət ediblər.
Etirazçılar üzərində “Rejimin məhbuslarına azadlıq” yazılmış banner açıb, “Sonadək, sonadək” şüarları səsləndiriblər. Yürüş iştirakçıları parlamentin ön ərazisində yerləşiblər.
Aksiya məhz parlament binası qarşısında başa çatıb.
