15 
Yan
2026
01:37
194

ABŞ Gürcüstan daxil olmaqla bir sıra ölkələrin vətəndaşlarına viza verilməsini dayandırır

Amerika Birləşmiş Ştatları Gürcüstan vətəndaşları üçün immiqrasiya vizalarının verilməsini dayandıracaq.

InterPress.ge xəbər verir ki, bu barədə beynəlxalq mediada məlumat yayılıb.

Məlumata görə, ABŞ-ın viza verilməsini dayandıracağı ölkələrin tam siyahısı açıqlanıb. Gürcüstanla yanaşı, siyahıya Rusiya, Ermənistan və Azərbaycan da daxildir.

Viza məhdudiyyəti tətbiq olunacaq ölkələr sırasında Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Myanma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Kot-d’İvuar, Kuba, Konqo Demokratik Respublikası, Dominika, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Yamayka, İordaniya, Qazaxıstan, Kosovo, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Şimali Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Konqo Respublikası, Rusiya, Ruanda, Sent-Kitts və Nevis, Sent-Lusiya, Sent-Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən yer alır.

Məlumat üçün bildirək ki, immiqrasiya vizalarının verilməsinə qoyulan pauza 21 yanvar tarixindən qüvvəyə minəcək və ABŞ Dövlət Departamenti viza prosedurlarının yenidən qiymətləndirilməsini başa çatdıranadək qeyri-müəyyən müddətə davam edəcək.

Bizimlə əlaqə saxlayın