Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Kobaxidze: Eagle Hills layihəsi iqtisadiyyata ildə 11 milyard lari qazandıracaq

243
Kobaxidze: Eagle Hills layihəsi iqtisadiyyata ildə 11 milyard lari qazandıracaq
Dinləmək üçün basın

"Eagle Hills-in investisiya layihəsi hər il Gürcüstan iqtisadiyyatına 11 milyard lari əlavə edəcək."

"Eagle Hills-in investisiya layihəsi hər il Gürcüstan iqtisadiyyatına 11 milyard lari əlavə edəcək."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Abu-Dabidə jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, 10 il ərzində illik hesabla ölkə büdcəsinə 700 milyon lari daxil olacaq. O vurğulayıb ki, söhbət yalnız bir investisiya layihəsindən gedir və bu layihə ölkənin inkişafına hər hansı mənfi faktor olmadan mühüm töhfə verir.

İrakli Kobaxidze qeyd edib ki, layihənin icrası mərhələsində 24 min müvəqqəti iş yeri yaradılacaq, layihə tamamlandıqdan sonra isə 8 min daimi iş yeri fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, belə böyük iqtisadi və sosial effekt nəzərə alınaraq, dövlət layihənin uğurla həyata keçirilməsinə tam məsuliyyət götürür.

Baş nazir eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinə səfərini yüksək qiymətləndirərək bildirib ki, bu, Gürcüstan üçün gələcəkdə konkret nəticələr verəcək maraqlı və məhsuldar səfər olub. O qeyd edib ki, səfər çərçivəsində dünyaca məşhur iri şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib və yeni investisiya imkanları müzakirə olunub.

Kobaxidzenin sözlərinə görə, DAMAC şirkəti ilə əməkdaşlığın genişləndirilməsi, eləcə də “Abu Dhabi Ports” ilə Tbilisi Quru Limanı layihəsinin ikinci mərhələsinin icrası məsələləri diqqət mərkəzində olub. Baş nazir həmçinin BƏƏ Prezidenti ilə görüşdüyünü və onun Gürcüstana bütün istiqamətlər üzrə tam dəstək vəd etdiyini bildirib.

İrakli Kobaxidze vurğulayıb ki, səfər zamanı keçirilən görüşlər və aparılan danışıqlar ölkənin enerji və regional bağlantı layihələri baxımından xüsusi əhəmiyyət daşıyır və gələcəkdə konkret nəticələr verəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →