İrakli Kobaxidze: Vaxtilə ABŞ alətləri hansı məqsədlə istifadə olunurdusa, indi Avropa institutları da eyni məqsədlə istifadə edilir
"Vaxtilə ABŞ alətləri – USAID, NED və digər fondlar hansı məqsədlə istifadə olunurdusa, hazırda Avropa institutları da eyni məqsədlə istifadə edilir."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
Baş nazirin sözlərinə görə, ABŞ daxilində hazırda müəyyən bir mübarizənin şahidi olunmaqdadırlar və bu prosesin necə nəticələnəcəyini zaman göstərəcək.
“Biz uzun illərdir qeyri-formal qüvvələrdən danışırıq. Bu qüvvələr Avropa İttifaqına ciddi təsir göstərir, vaxtilə isə onların ABŞ üzərində təsiri daha da güclü idi. İndi ABŞ daxilində bir növ mübarizənin şahidi oluruq və görək bu mübarizə sonda nə ilə nəticələnəcək. Fakt isə odur ki, vaxtilə ABŞ alətləri – USAID, NED və digər fondlar hansı məqsədlə istifadə olunurdusa, indi Avropa institutları da eyni məqsədlə istifadə edilir. Bu isə ümumilikdə çox təəssüfedicidir, çünki bu qüsurlu praktika tam şəkildə ifşa olunsa da, dəyişmir”, – deyə Kobaxidze bildirib.
Baş nazir vurğulayıb ki, Gürcüstanın əsas məqsədi bu cür “eybəcər praktikaya” və müxtəlif ölkələrin daxili işlərinə, daxili siyasi proseslərinə və demokratik sistemlərinə kobud müdaxiləyə qarşı öz mexanizmlərini formalaşdırmaqdır.
Onun sözlərinə görə, bu məqsədlə “Şəffaflıq haqqında” qanun qəbul edilib ki, bu da ölkəni bu cür praktikadan qoruyur. Eyni zamanda “Qrantlar haqqında” qanun, yəni sözdə “FARA qanunu” da qəbul olunub və hökumət ölkənin suverenliyini bu tip xarici müdaxilələrdən qətiyyətlə qoruyacaq.


