10 
Yan
2026
14:45
170

İran Silahlı Qüvvələri: Milli maraqları və strateji infrastrukturu qətiyyətlə qoruyacağıq

İran Silahlı Qüvvələri milli maraqların və ölkənin strateji infrastrukturunun qorunacağı ilə bağlı bəyanat yayıb. Açıqlamada bildirilib ki, ordu ali baş komandanın rəhbərliyi altında regionda düşmənin hərəkətlərini izləməklə yanaşı, dövlətin strateji obyektlərini və ictimai mülkiyyəti qətiyyətlə müdafiə edəcək.

Bəyanat İran Silahlı Qüvvələri tərəfindən yayılıb. Qeyd olunur ki, ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq təhlükəsizlik tədbirləri gücləndirilir və mümkün təhdidlərin qarşısının alınması üçün bütün resurslardan istifadə olunacaq.

İran ordusu eyni zamanda əhaliyə müraciət edərək ayıq-sayıq olmağa çağırıb və “düşmənin mümkün təxribatlarının qarşısının alınmasında” vətəndaşların məsuliyyətli davranışının vacibliyini vurğulayıb.

Bununla yanaşı, ayrıca bəyanatla çıxış edən İran İnqilab Keşikçiləri Korpusu 1979-cu il İslam İnqilabının nəticələrinin “qırmızı xətt” olduğunu bildirib və bu prinsiplərin pozulmasına yol verilməyəcəyini açıqlayıb. Qurumun vurğuladığına görə, İran öz suverenliyini və dövlət əsaslarını qorumaqda qətiyyətlidir.

Bizimlə əlaqə saxlayın