08 
Yan
2026
23:29
151

Dekabr aksiyalarının iştirakçıları “kimyəvi zəhərlənmə” iddiası ilə Qərbə müraciət edib

2024-cü ilin dekabrında baş vermiş zorakı aksiyalarda iştirak etmiş şəxslərin “Kimyəvi zəhərlənmə işi” adlı videoçarxı yayılıb. Videoda onlar aksiyalar zamanı hüquq-mühafizə orqanlarının xüsusi polis tədbirləri tətbiq etməsindən sonra səhhətlərinin pisləşdiyini iddia edirlər.

Qeyd olunur ki, özlərini aksiyalar zamanı zərərçəkən hesab edən şəxslər Qərb ölkələrinə müraciət edərək beynəlxalq araşdırmanın aparılmasını və guya onların “zəhərlənməsində” iştirak etmiş şəxslərin cəzalandırılmasını tələb edirlər.

Videoçarxda səsləndirilən fikirlərə görə, aksiya iştirakçıları hansı maddə ilə zəhərləndiklərinin müəyyənləşdirilməsində və məsul şəxslərin məsuliyyətə cəlb olunmasında Qərbin dəstəyinə ümid edirlər. Onlar bildirirlər ki, Gürcüstanda bu məsələ ilə bağlı tam və ədalətli istintaq aparılacağına inanmırlar və məhz bu səbəbdən beynəlxalq araşdırmanın zəruri olduğunu düşünürlər.

Aksiya iştirakçılarının iddiaları ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə açıqlama verilməyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər