08 
Yan
2026
14:02
1138

Gürcüstanda hava şəraiti kəskin dəyişəcək

Yanvarın 9-dan 10-na keçən gecə və səhər saatlarınadək Qərbi Gürcüstanda yağış, bəzi yerlərdə isə güclü leysan və şimşək müşayiəti ilə intensiv yağıntılar gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Milli Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ayrı-ayrı bölgələrdə küləyin güclənməsi, dənizdə isə 3–4 ballıq fırtınalı dalğalanma mümkündür. Ölkənin yüksək dağlıq rayonlarında qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, duman, çovğun və qar uçqunu təhlükəsinin yaranacağı bildirilir.

Xəbərdarlıqda qeyd olunur ki, güclü qar yağışı, çovğun, görünüş məsafəsinin azalması, yolların buz bağlaması və uçqun riski səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırıla bilər.

Eyni zamanda, gözlənilən yağıntıların Qərbi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin formalaşmasına və ya aktivləşməsinə səbəb ola biləcəyi bildirilir. Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın