07 
Yan
2026
09:58
207

Pravoslav dünyası Milad bayramını qeyd edir

Bu gün, 7 yanvar tarixində pravoslav dünyası İsa Məsihin mövludu – Milad bayramını böyük təntənə ilə qeyd edir. Bu münasibətlə pravoslav kilsələrində gecə və səhər saatlarında təntənəli ibadətlər və bayram ayinləri keçirilib.

Müqəddəs İncilə əsasən, İsa Məsih dərin təvazökarlığın rəmzi olaraq Beytləhm şəhərində, heyvanların sığındığı bir mağarada dünyaya gəlib. Mələklər Onun dünyaya gəlişini ilk olaraq orada olan çobanlara müjdələyiblər və Məsihi ilk görənlər də məhz onlar olub.

Sonradan şərqdən gələn müdriklər – ulduzbilənlər də qeyri-adi parlaq ulduzun ardınca Beytləhmə gəlib, yeni doğulan Xilaskara səcdə edərək ona hədiyyələr təqdim ediblər. Onlar qızıl, buxur və mirra gətirərək Məsihin padşahlığını, ilahiliyini və fədakarlıq yolunu simvolizə ediblər. İsa Məsihin mövludu barədə hələ Qədim Əhddə peyğəmbərlərin öncədən xəbər verdiyi də xatırladılır.

Ənənəyə görə, Milad gecəsi möminlər evlərinin pəncərəsində şam yandırırlar. Bu, rəmzi mənada Müqəddəs Məryəmi və Saleh Yusifi evə dəvət etməyi, sülh, mərhəmət və xeyir-dua diləməni ifadə edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər