Mçxeta–Stepantsminda–Lars yolunun Gudauri–Kobi hissəsində minik avtomobillərinin hərəkəti bərpa olunub
Beynəlxalq əhəmiyyətli Mçxeta–Stepantsminda–Lars avtomobil yolunun km93–km107 (Gudauri (poçt)–Kobi) hissəsində minik avtomobillərinin hərəkəti bərpa edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Qurumun məlumatına əsasən, həmin yolun km79–km107 (Mleta–Kobi) hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.
Milli Ətraf Mühit Agentliyin bildirdiyinə görə, Mleta–Gudauri və Gudauri (poçt)–Kobi hissələrində nəqliyyatın hərəkəti dayanmadan keçid rejimində həyata keçiriləcək. Gudauri (poçt)–Kobi hissəsində hərəkət yalnız qar uçqunundan qoruyan tunellər vasitəsilə mümkündür.


