Mtsxeta–Stepantsminda–Lars avtomobil yolunun Mleta–Gudauri hissəsində minik avtomobillərinin hərəkəti bərpa olunub
Beynəlxalq əhəmiyyətli Mtsxeta–Stepantsminda–Lars avtomobil yolunun km79–km93 (Mleta–Gudauri) hissəsində minik avtomobillərinin hərəkəti bərpa olunub və nəqliyyatın hərəkəti birtərəfli rejimdə həyata keçiriləcək. Digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə müvəqqəti olaraq məhdudlaşdırılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Departamenti yayıb.
Qurumun məlumatına görə, həmin avtomobil yolunun km93–km107 (Gudauri (poçt)–Kobi) hissəsində qar uçqunu təhlükəsi yüksək səviyyədə olduğundan, qeyd olunan sahədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılıb.
Ətraf Mühit üzrə Milli Agentliyin məlumatına əsasən, Mleta–Gudauri hissəsində avtonəqliyyatın hərəkəti dayanmadan keçid rejimində həyata keçiriləcək. Avtomobil yolunun digər hissələrində isə nəqliyyatın hərəkəti sərbəstdir.


