Gürcüstanda baytar həkimlərin sertifikatlaşdırılması məcburi olur
Gürcüstanda baytar həkimlərin sertifikatlaşdırılması məcburi xarakter alır.
InterPress.ge xəbər verir ki, Gürcüstanın Milli Qida Agentliyinin məlumatına görə, yeni tələb 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Qərara əsasən, göstərilən tarixdən etibarən dövlət sertifikatı olmayan şəxslərin baytarlıq fəaliyyəti ilə məşğul olması qadağan ediləcək. Agentlik bildirir ki, sertifikatlaşdırmanın tətbiqi baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, heyvan sağlamlığının qorunmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
Qeyd olunur ki, sertifikatlaşdırma prosesi baytar həkimlərin peşəkar bilik və bacarıqlarının yoxlanılmasını nəzərdə tutur və bu sahədə vahid dövlət nəzarət mexanizmi formalaşdıracaq.


