31 
Dek
2025
22:10
488

Tbilisidə qətl hadisəsi baş verib

Tbilisidə, Vake kortları yaxınlığında qətl hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, bu barədə  Gürcüstan Daxili İşlər Nazirliyi bildirib.

Nazirlikdən verilən məlumata görə, hadisə ilə bağlı istintaqa Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adamöldürmə) və 236-cı (odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması) maddələri ilə başlanılıb.

Hazırda hadisənin digər detalları dəqiqləşdirilir.

Bizimlə əlaqə saxlayın