31 
Dek
2025
20:32
1635

Yanvarın 1-dən etibarən kimlərin pensiyası və nə qədər artırılacaq

2026-cı ilin yanvarından etibarən Gürcüstanda pensiyaların artırılması nəzərdə tutulur.

InterPress.ge xəbər verir ki, bu, 2026-cı il dövlət büdcəsində əksini tapıb.

Sənədə əsasən, 70 yaşadək şəxslər üçün yaşa görə pensiya 20 lari artırılaraq 370 lari olacaq. 70 yaş və yuxarı pensiyaçıların aylıq ödənişi isə 45 lari artırılacaq və 495 lari təşkil edəcək.

Dağlıq ərazilərdə yaşayan pensiyaçılar üçün də artımlar tətbiq olunacaq. Belə ki, 70 yaşadək şəxslər 444 lari, 70 yaş və yuxarı olanlar isə 594 lari məbləğində pensiya alacaqlar.

Pensiyalarla yanaşı, 2026-cı ilin yanvarından etibarən sosial müavinətlər də artırılacaq. Kəskin əlilliyi olan və 18 yaşadək əlilliyi olan şəxslər üçün sosial ödəniş 45 lari, digər əlillik kateqoriyalarına aid şəxslər üçün isə 20 lari artırılacaq.

Məlumat üçün qeyd edək ki, hazırda Gürcüstanda 70 yaşadək şəxslərin pensiyası 350 lari, dağlıq ərazilərdə isə 420 lari təşkil edir. 70 yaş və yuxarı pensiyaçıların aylıq ödənişi 450 lari, dağlıq ərazilərdə yaşayan bu yaş qrupuna aid şəxslər üçün isə təxminən 540 laridir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər