31 
Dek
2025
10:42
330

Gürcüstanda 3 yanvaradək qeyri-sabit hava şəraiti gözlənilir

Dekabrın 31-i günün ikinci yarısından yanvarın 3-dək Gürcüstan ərazisində fasilələrlə yağıntılar gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühit üzrə Milli Agentliyi məlumat verib.

Bildirilir ki, bəzi bölgələrdə yağıntılar güclü olacaq və əsasən qar şəklində düşəcək.

Agentliyin məlumatında qeyd olunur ki, bu müddət ərzində küləyin güclənməsi, dağlıq rayonlarda duman və çovğun, avtomobil yollarında buzlaşma, eləcə də qar uçqunu təhlükəsi istisna edilmir. Yanvarın 1–2-də dənizdə 3–4 bal gücündə fırtınalı dalğalanma ehtimalı var.

Açıqlamada vurğulanır ki, güclü qar, çovğun, görmə məsafəsinin azalması, buzlaşma və uçqun təhlükəsi səbəbindən avtomobil yollarının ayrı-ayrı hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq oluna bilər. Gözlənilən yağıntıların çaylarda su səviyyəsinin qalxmasına, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin formalaşmasına və ya aktivləşməsinə səbəb ola biləcəyi bildirilir. Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər