Qar və buzlanma səbəbindən daxili əhəmiyyətli Jinvali–Barisaxo–Şatili avtomobil yolunun km53–km106 (Korşa–Şatili) hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
InterPress.he xəbər verir ki, bu barədə İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Avtomobil yolunun km1–km52 (Jinvali–Korşa) hissəsində isə nəqliyyatın hərəkəti sərbəstdir.
