Gürcüstan hökumətinin qərarına əsasən, 2026-cı ilin 5 və 6 yanvar tarixləri qeyri-iş günü elan olunub.
InterPress.ge xəbər verir ki, müvafiq qərar bu gün dərc edilib.
Sənəddə qeyd olunur ki, qərar Gürcüstan Milli Bankının nəzarətinə tabe olan şəxslər qarşısında yerinə yetirilməli olan maliyyə öhdəliklərinə, həmçinin “Dövlət satınalmaları haqqında” Gürcüstan qanununda nəzərdə tutulan dövlət satınalmaları ilə bağlı fəaliyyətlərə şamil edilmir.
.jpeg)