Müxalif fəal aksiyaların “Patriotlar Alyansı” liderləri tərəfindən maliyyələşdirildiyini iddia edir
Müxalif fəal Mariam Mekanţişvili mövcud etiraz aksiyalarının maliyyələşdirilməsində Patriotlar Alyansı rəhbərliyinin iştirak etdiyini açıqlayıb.
InterPress.ge xəbər verir ki, o, yaydığı video müraciətdə aksiyalarda istifadə olunan texniki avadanlıqların və digər xərclərin partiya liderləri tərəfindən qarşılandığını bildirib.
Mekanţişvilinin sözlərinə görə, aksiyalarda istifadə edilən səs gücləndirici avadanlıqlar İrma İnaşvili tərəfindən Mamuka Toroşelidzeyə təqdim olunub. Bundan əlavə, Davit Tarxan-Mouravinin səsgücləndiricilərin və pikap avtomobilinin icarəsi üçün müəyyən məbləğdə maliyyə ayırdığı iddia edilir.
Müxalif fəal bildirib ki, bu məsələ canlı yayımda da müzakirə olunub və Mamuka Toroşelidze texniki avadanlıqların məhz İrma İnaşvilinin verdiyini etiraf edib. Onun sözlərinə görə, eyni məzmunlu müraciət həm İnaşviliyə, həm də Şuşana adlı şəxsə göndərilib və nəticədə avadanlıqların İnaşvili tərəfindən verilməsi təklif olunub. Mekanţişvili əlavə edib ki, Davit Tarxan-Mouravi tərəfindən ayrılan vəsait aksiyaların logistikasının təmin olunmasına yönəldilib.
Mekanţişvilinin iddiasına əsasən, Toroşelidze bütün bu faktları təsdiqləyərək, aksiyaların maliyyə mənbəyinin kimliyinin “mübarizə prosesində əhəmiyyət daşımadığını” bildirib.


