21 
Dek
2025
11:35
226

İlon Mask: QHT-lər vasitəsilə milyardlıq fırıldaq aparılır

Amerikalı milyarder İlon Mask bildirib ki, qeyri-hökumət təşkilatları konkret şəxslərin bu strukturlar vasitəsilə böyük məbləğlərdə vəsait əldə etməsi üçün istifadə olunur və bu, nəhəng fırıldaqçılıqdır. Onun sözlərinə görə, “dövlət tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı” anlayışı özü-özlüyündə ziddiyyətlidir və əslində belə qurumlar sadəcə dövlət tərəfindən maliyyələşdirilən təşkilatlardır.

Mask qeyd edib ki, dövlət vəsaiti alan QHT-lər hökumətin birbaşa həyata keçirməsi halında qanunsuz sayılacaq fəaliyyətləri yerinə yetirirlər. Onun fikrincə, bu işlər “qeyri-kommersiya” statusu altında qanuni kimi təqdim olunur, halbuki mahiyyət etibarilə eyni məzmun daşıyır.

Milyarder əlavə edib ki, həmin təşkilatlar vasitəsilə ayrı-ayrı şəxslər özlərinə çox böyük məbləğlər ödəyir və sürətlə varlanırlar. Mask bunu müasir dövrün ən iri fırıldaqçılıqlarından biri, hətta bəlkə də ən böyüyü kimi qiymətləndirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər