Avropa İttifaqı sammiti ilə paralel olaraq Brüsseldə Avropa Parlamenti yaxınlığında fermerlərin etiraz aksiyası iştirakçıları ilə polis arasında qarşıdurma baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Mediaya istinadən bildirilib ki, nümayişçilər polisə tüstü bombaları və kartof atıblar. Hüquq-mühafizə orqanları isə aksiyanın iştirakçılarına qarşı su şırnaqlarından istifadə edib.
Qeyd olunur ki, bu gün yüzlərlə fermer Brüsselə traktorlarla daxil olub. Onlar Cənubi Amerika bloku olan “Merkosur” ölkələri ilə planlaşdırılan ticarət sazişinə, eləcə də Avropa İttifaqının kənd təsərrüfatı siyasətinə etiraz ediblər.
