Tbilisidə, Nutsubidze küçəsində baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü ilə nəticələnib.
InterPress.ge xəbər veri ki, avtomobil piyada hərəkət edən ana və uşağı vurub. Nəticədə qadın hadisə yerində həyatını itirib, uşaq isə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilib.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə istintaq başlanıb. Həmin maddə nəqliyyatın hərəkəti və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.
