17 
Dek
2025
19:28
249

İrakli Kobaxidze: İstənilən amnistiya humanist aktdır və bu, sürücülük vəsiqələri ilə bağlı amnistiyaya da aiddir

İstənilən amnistiya humanist aktdır və bu, sürücülük vəsiqələri ilə bağlı amnistiyaya da aiddir.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlama verib.

Hökumət başçısı hər bir vətəndaşı avtomobil idarə edərkən maksimum məsuliyyət göstərməyə çağırıb. Onun sözlərinə görə, sözügedən qərar məhz humanist yanaşmadan irəli gələrək qəbul olunub.

Baş nazir parlamentə hökumətin təşəbbüsünü dəstəklədiyinə görə təşəkkür edib və qeyd edib ki, bu addım sürücülük vəsiqəsi dayandırılmış 30 mindən çox vətəndaş üçün bir növ yeniil hədiyyəsidir. İrakli Kobaxidze xüsusilə avtomobilin alkoqol təsiri altında idarə edilməsinin ən ciddi problem olduğunu vurğulayaraq, bütün vətəndaşları bundan qəti şəkildə çəkinməyə çağırıb.

Məlumata görə, parlament “Gürcü Arzusu” deputatlarının nəqliyyat vasitəsini idarəetmə hüququnun vaxtından əvvəl bərpası və sürücülük hüququnun dayandırılması ilə bağlı təşəbbüsünü sürətləndirilmiş qaydada müzakirə edir. Parlamentin bu gün ikinci və üçüncü oxunuşda qəbul edəcəyi qanun layihəsinə əsasən, müvafiq inzibati xətanı 2025-ci il 16 dekabr tarixinədək törətmiş şəxslərə sürücülük vəsiqəsi qaytarılacaq. Qeyd olunur ki, əvvəl bu tarix 10 dekabr olaraq müəyyən edilmişdi. Beləliklə, sürücülük vəsiqəsi dünənədək əlindən alınmış şəxslər də bu qərardan faydalanacaq. Alınmış sürücülük vəsiqələrinin qaytarılması mərhələli şəkildə, 2026-cı il yanvarın 1-dən etibarən həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər