17 
Dek
2025
13:15
419

Sürücülük hüququnun bərpası ilə bağlı tarix dəyişdirilir - SƏS

Sürücülük hüququnun dayandırılmasının bərpası ilə bağlı nəzərdə tutulan tarix dəyişdirilir.

InterPress.ge xəbər verir ki, parlamentin bu gün ikinci və üçüncü oxunuşda qəbul edəcəyi qanun layihəsinə əsasən, sürücülük vəsiqəsi müvafiq inzibati xətanı 2025-ci il 16 dekabr tarixinədək törətmiş şəxslərə qaytarılacaq.

Qeyd olunur ki, əvvəl bu tarix 10 dekabr olaraq müəyyən edilmişdi. Beləliklə, sürücülük vəsiqəsi dünən də daxil olmaqla bu tarixədək əlindən alınmış şəxslər də bərpa mexanizminə daxil ediləcək. Dayandırılmış sürücülük vəsiqələrinin mərhələli şəkildə 2026-cı il yanvarın 1-dən etibarən qaytarılması nəzərdə tutulur.

Tarixin dəyişdirilməsi ilə bağlı qərar Parlamentin Hüquq Məsələləri Komitəsinin iclasında qəbul edilib.

Dayandırılmış sürücülük vəsiqələrinin bərpası ilə yanaşı, “İnzibati Xətalar Məcəlləsi”nə planlaşdırılan dəyişikliklərin əsas yeniliklərindən biri də sürücülük hüququnun vaxtından əvvəl bərpası və vəsiqənin müddətindən əvvəl qaytarılması imkanının ləğv edilməsidir.

Yeni dəyişikliklərə əsasən, nəqliyyat vasitəsini idarə edərkən sürücünün narkotik vasitələrin, psixotrop və ya yeni psixoaktiv maddələrin təsiri altında olub-olmamasının yoxlanılmasından yayınması, avtomobilin alkoqollu vəziyyətdə idarə olunması, yol-nəqliyyat hadisəsi yerinin tərk edilməsi və ya polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinə tabe olmamaq kimi inzibati xətalar törədən şəxslər sürücülük hüququnun vaxtından əvvəl bərpası imkanından məhrum ediləcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər