15 
Dek
2025
23:42
2893

Sürücülük vəsiqəsi ilə bağlı yeni qanun layihə hazırlandı

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin müraciəti əsasında Gürcüstan Parlamenti qanun layihəsi hazırlayıb.

InterPress.ge xəbər verir ki, layihəyə əsasən, 2026-cı ildən etibarən müxtəlif hüquq pozuntularına görə vətəndaşlardan müxtəlif müddətlərə alınmış sürücülük vəsiqələri üzrə amnistiya elan olunacaq.

Qanun layihəsi artıq parlament bürosuna təqdim edilib və çərşənbə günü sürətləndirilmiş prosedurla üç oxunuşda qəbul ediləcək. Amnistiya ağır narkotik cinayətlərində, yəni xüsusilə böyük miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması və ya satılması ilə bağlı ittiham olunan şəxslərə şamil edilməyəcək.

Bununla yanaşı, yol-nəqliyyat hadisəsi nəticəsində insan ölümü ilə bağlı sürücülük vəsiqəsindən məhrum edilən şəxslər də amnistiyadan kənarda qalacaq. Amnistiya haqqında qanun layihəsini Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsinin sədri Arçil Qorduladze parlamentin müzakirəsinə təqdim edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər