14 
Dek
2025
20:39
245

Kavelaşvili: Gürcüstan Aİ-nin böhranına baxmayaraq, Avropanın bir hissəsi olmaq istəyir

Gürcüstan Avropa İttifaqındakı (Aİ) mövcud böhrana baxmayaraq, mütləq Avropanın bir hissəsi olmaq istəyir.

InterPress.ge xəbər verir ki, bunu ölkə Prezidenti Mixeil Kavelaşvili deyib.

Onun sözlərinə görə, Tbilisinin Aİ ilə dialoqa hazırdır, lakin ölkənin milli maraqlarının qorunması prioritetdir.

"Ölkəmizin maraqlarını müdafiə etməsək, bizi heç kim dəstəkləməyəcək. Mesajlarımız hər kəs üçün aydın olmalıdır: biz sülh, sabitlik, iqtisadi inkişaf istəyirik və hər kəslə dialoqa hazırıq. Bu hadisələrdən qalib çıxmaq üçün ayıq-sayıqlığımızı qoruyub saxlamalıyıq. Mən radikal zorakı hərəkətlərin və Gürcüstanın işlərinə xarici müdaxilənin qarşısının alınmasında qələbəni nəzərdə tuturam", - o qeyd edib.

M.Kavelaşvilinin sözlərinə görə, Gürcüstan Avropaya inteqrasiya yolundan sapmır və ümid edir ki, Aİ qlobal çağırışlara, o cümlədən ABŞ ilə qarşıdurmaya tab gətirəcək.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər