Son bir ildə Gürcüstanda qızılın qiyməti kəskin bahalaşıb
2024-cü il 14 dekabr tarixinə olan məlumata görə, Tbilisi Qızıl Birjasında 999 əyarlı qızılın 1 qramını 250 lariyə almaq mümkün idisə, hazırda eyni kateqoriyalı qızılın qiyməti 388 lari təşkil edir.
InterPress.ge xəbər verir ki,bu göstəricilərə əsasən demək olar ki, son bir il ərzində ölkədə ən yüksək əyarlı qızılın qiyməti 55 faiz artıb.
750 əyarlı qızıla gəlincə, ötən ilin eyni dövründə onun bazar dəyəri qram üçün 188 lari olub, hazırda isə 291 lariyə yüksəlib. 2024-cü ildə Tbilisi Qızıl Birjasında 585 əyarlı qiymətli metal 146 lariyə qiymətləndirilirdisə, cari ildə onun satış qiyməti 227 lari təşkil edir.
İllik müqayisədə qlobal birjalarda qızılın qiymətində 62 faizlik artım müşahidə olunur. Gold Price platformasının məlumatına görə, hazırda 1 unsiya qızılın qiyməti 4 300 ABŞ dollarına bərabərdir.


