09 
Dek
2025
21:59
209

Parlament ali təhsil maliyyələşdirməsi ilə bağlı qanun dəyişiklərini birinci oxunuşda təsdiqlədi

Gürcüstan Parlamenti hökumət tərəfindən irəli sürülən ali təhsilin maliyyələşdirilməsi və ali təhsil müəssisələrinin idarə olunması qaydalarına dəyişiklikləri sürətləndirilmiş şəkildə nəzərdən keçirib və birinci oxunuşda dəstəkləyib.

InterPress.ge xəbər verir ki, qanun layihəsi 77 səslə (3 – əleyhinə) qəbul edilib.

Dəyişikliyin əsas məqamları:

1. Dövlət təqaüd və qrant modelləri ləğv edilir

“Ali təhsil haqqında” qanundan dövlət təhsil qrantları, magistr qrantları və digər mövcud maliyyələşdirmə modelləri ilə bağlı bütün normalar çıxarılır.

Yeni modelə görə, hökumət tərəfindən təsis edilmiş universitetlərdə təhsil tamamilə dövlət tərəfindən maliyyələşdiriləcək – hökumətin müəyyən etdiyi qayda və şərtlərlə.

2. Student limiti və maliyyələşdirmə modelini hökumət müəyyən edəcək

Layihəyə əsasən Hökumət hər il dövlət universitetlərində qəbul ediləcək tələbələrin sayını təsdiqləyəcək – həm ümumi universitet üzrə, həm də konkret tədris proqramları üzrə.Hökumət dövlət universitetlərinin maliyyələşmə qayda və şərtlərini də təsdiqləyəcək. Nazirliyin təqdimatı ilə hökumət universitetlərin həyata keçirə biləcəyi tədris proqramlarının siyahısını müəyyənləşdirəcək.

3. Yeni 3+1+1 sistemi

Ali təhsil sistemində yeni struktur tətbiq olunur:

  • 3 il – bakalavr
  • 1 il – magistratura
  • 1 il – əlavə akademik mərhələ

Bu dəyişikliklər istisna ixtisaslar xaricində bütün sahələrə şamil olunacaq.

Kredit tələbləri:

  • Bakalavr proqramı – ən azı 180 kredit
  • Magistratura proqramı – ən azı 60 kredit
  • Doktorantura – ən azı 3 il, tədris komponentində kreditlərin daxil edilməsi məcburidir.

4. Online universitet modelinin tətbiqi təxirə salınır

Online universitetin konsepsiyasının hazırlanması müddəti 2028-ci il 1 yanvaradək uzadılır.

Qanun layihəsinin məqsədi ali təhsil sistemində dövlət nəzarətini və maliyyələşmə mexanizmini yeniləmək, həmçinin tədris proqramlarının strukturunu vahid standartlara uyğunlaşdırmaqdır.

Bizimlə əlaqə saxlayın