İlona Mask: “Vətəndaşlarını qoruya bilməyən hökumət qeyri-legitimdir”
Beynəlxalq mediada yayılan məlumatlara görə, İngiltərənin Uorvikşir qraflığında iki afqan miqrantın 15 yaşlı qızı zorlaması ilə bağlı ortaya çıxan görüntülər cəmiyyətdə ciddi rezonansa səbəb olub. Xəbərlərdə bildirilir ki, hadisə zamanı qızın telefonla çəkdiyi kadrlar o qədər dəhşətlidir, ki, təqsirləndirilənlərdən birinin vəkili belə xəbərdarlıq edib:
“Əgər bu görüntülər ictimaiyyətə yayılsa, ölkədə ciddi iğtişaşlar baş verə bilər.”
Məlumat sosial şəbəkələrdə geniş müzakirə olunur və hadisə Birləşmiş Krallıqda miqrasiya siyasəti ilə bağlı gərgin debatları daha da gücləndirib.
Tesla və SpaceX şirkətlərinin təsisçisi İlon Mask da xəbərlərə öz sosial şəbəkə hesabında münasibət bildirib. O yazıb:
“Vətəndaşlarını qoruya bilməyən hökumət qeyri-legitimdir.”
Maskın bu mövqeyi qısa zamanda milyonlarla baxış toplayıb və sosial mediada geniş rezonans yaratmışdır.
Hadisə ilə bağlı istintaq və məhkəmə prosessi davam edir.


