07 
Dek
2025
18:03
488

Tea House gənc şahmatçısı Timur Kələyev Gürcüstan Şahmat Federasiyasının dərəcə yarışında I yerin qalibi olub

6-7 dekabr 2025-ci il tarixində Tbilisidə keçirilən "Gürcüstan Şahmat Federasiyası"nın dərəcə yarışlarında "Tea House" yeniyetmə şahmatçılarından Timur Kələyev uğura imza adıb.

InterPress.ge xəbər verir ki, III dərəcə uğrunda mübarizə aparan Timur 7 oyundan 6 bal toplayaraq turniri I yerdə bitirib.

Bu qalibiyyətlə balaca şahmatçı II dərəcə uğrunda yarışlara vəsiqə əldə edib.  Şahmatçı yarışda Qasım Əliyevin məşqçiliyi altında çıxış edib.

Bizimlə əlaqə saxlayın