07 
Dek
2025
17:55
268

Niçbisi–Didgori–Didi Toneti yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

Nıçbisi–Didgori–Didi Toneti yolunda bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.

İnfrastruktur Nazirliyinin Yollar Departamentinin verdiyi açıqlamada bildirilir ki, güclü qar, buzlanma və məhdud görünürlük kimi çətin hava şəraiti səbəbindən adı çəkilən dövlətə məxsus daxili yol xəttində nəqliyyatın hərəkəti qadağan edilib.

Departament sürücülərə hava şəraitinə uyğun ehtiyat tədbirlərinin görülməsini və rəsmi yeniliklərin izlənməsini tövsiyə edir.

Bizimlə əlaqə saxlayın