Vaxtanq Qomelauri BBC-nin araşdırması ilə bağlı DTX-də ifadə verib
Keçmiş Daxili işlər naziri Vaxtanq Gomelauri DTX-də dindirildi – səbəb BBC-nin “kamit” araşdırmasıdır
Gürcüstanın keçmiş Daxili İşlər naziri Vaxtanq Gomelauri Dövlət Təhlükəsizliyi Xidmətində ifadə verib.
InterPress.ge xəbər verir ki,bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.
Bildirilir ki, Gomelauri bu gün səhər saatlarında istintaqçının suallarını cavablandırıb.
Məlumata görə, dindirmə BBC tərəfindən hazırlanmış və yayımlanmış araşdırma materialı ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib. Sözügedən araşdırmada iddia olunurdu ki, 2024-cü ilin noyabr–dekabr aylarında hökumətə qarşı etiraz aksiyalarının dağıdılması üçün Birinci Dünya müharibəsi dövrünə aid “kamit” adlı kimyəvi maddədən istifadə edilib.
Reportajın dərcindən sonra Dövlət Təhlükəsizliyi Xidməti iki maddə üzrə cinayət işi açıb: vəzifə səlahiyyətlərindən sui-istifadə və xarici quruma düşmən fəaliyyətində kömək göstərmək.
İstintaq davam edir.


