03 
Dek
2025
20:30
67

Arçil Marşania: “BBC-nin məqaləsi heç nə sübut etmir – kamitin istifadə olunduğuna dair obyektiv dəlil yoxdur”

Həkim Arçil Marşania BBC-də yayımlanan və ötən il etiraz aksiyalarının dağıdılması zamanı qadağan olunmuş maddə – kamitin tətbiq edildiyi barədə iddiaları araşdıran məqaləyə münasibət bildirib.

InterPress.ge xəbər verir ki,o,  vurğulayır ki, təqdim edilən məlumatlar heç bir möhkəm faktı təsdiqləmir və bu iddiaların arxasında obyektiv sübut yoxdur.

Marşania bildirir ki, BBC-nin məqaləsində irəli sürülən “ən skandal dəlil” kimi yalnız adı açıqlanmayan mənbələrə – “Several high-level whistleblowers” – istinad olunur. Həkimin sözlərinə görə, həmin məlumatlar ümumi xarakter daşıyır və konkret fakt göstərmir. O qeyd edir ki, məqalədə adı çəkilən kimyəvi kodun özü də çoxsaylı maddələrə uyğun ola bilər və bunu kamitlə əlaqələndirmək yalnız fərziyyədir. Məqalədə istinad edilən toksikoloqun fikirləri də fərziyyə kimi təqdim olunur.

Marşania həmçinin diqqətə çatdırır ki, bütün bu məlumatlara baxmayaraq, Gürcüstanda nümayişlərin dağıdılması zamanı qadağan olunmuş maddə – kamitin istifadə edildiyini təsdiqləyən “heç bir möhkəm və obyektiv dəlil yoxdur”.

 

 

 

Bizimlə əlaqə saxlayın