Etirazçı Giorgi Romelaşvili: “Darbə günündən bəri hətta ağac yarpaqları belə rəng dəyişmişdi”
Etiraz aksiyalarının iştirakçısı Giorgi Romelaşvili “TV Pirveli”nin “Səcaət Politikası” verilişində bildirib ki, aksiyanın dağıdılmasından sonrakı günlərdə ətraf mühitdə nəzərəçarpan dəyişikliklər müşahidə olunub. Onun iddiasına görə, istifadə olunan maddə o qədər zərərli olub ki, hətta “yarpaqların rəngi dəyişib, daşlarda korroziya əmələ gəlib”.
“Darbənin ertəsi gün belə görürdük ki, yarpaqlar başqa rəngdə idi. O qədər ağır zəhərdən istifadə etdilər ki, daşlarda belə korroziya yaranmışdı”, – deyə Romelaşvili bildirib.
Onun bu sözləri BBC-nin araşdırmasında yer alan iddialardan sonra səsləndirilib. BBC həmin materialda Gürcüstan hakimiyyətinin etirazların dağıdılması zamanı guya Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi maddə istifadə etdiyini yazmışdı.


