02 
Dek
2025
17:36
144

Şalva Papuaşvili Hindistanın xarici işlər naziri ilə görüşüb

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüş keçirib.

InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.

 Mətbuat xidmətinin məlumatına görə, tərəflər görüşdə beynəlxalq və regional geosiyasi çağırışları, eləcə də beynəlxalq ticarət və investisiyalarla bağlı məsələləri müzakirə ediblər.

Görüşdə Gürcüstan və Hindistan arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi və bu münasibətlərdə parlament diplomatiyasının roluna da xüsusi diqqət yetirilib. Papuaşvili Hindistanın xarici işlər nazirinə “Orta Dəhliz” layihəsinin inkişaf istiqamətləri və gələcək perspektivləri barədə məlumat verib.

Görüş Hindistana səfər çərçivəsində baş tutub. Parlament nümayəndə heyətinə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Hindistanla Dostluq Qrupunun rəhbəri Vasil Çixoqidze, İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekaşvili və “Gürcü Arzusu” fraksiyasının sədr müavini Henrieta Tsitsava daxildir.

Bizimlə əlaqə saxlayın