02 
Dek
2025
15:43
741

Müəllimlər üçün yeni dövr başlayır – 2026-cı ildən karyera sistemi yenilənir”

"2026-cı ilin yanvarında ölkədə müəllimlərin karyera inkişafının yeni modeli təsdiqlənəcək. Onun sözlərinə görə, yeni sistem həm peşəkar inkişafı, həm də müəllimlərin motivasiyasını artırmaq məqsədi daşıyır."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın təhsil naziri Givi Mikanadze bildirib.

Nazir qeyd edib ki, yeni modelin layihəsi artıq bir ay müddətində ölkənin bütün regionlarında və böyük şəhərlərində müzakirə olunub, lakin dekabrın sonuna qədər əlavə geniş müzakirələr də keçiriləcək:

“Bu sхemаnın müzakirəsi ölkənin bütün bölgələrində aparılıb, amma biz dekabrın sonunadək müəllimlərlə birlikdə onu daha detallı nəzərdən keçirməyi planlaşdırırıq. Yalnız bundan sonra təsdiq ediləcək. Yeni model hər bir müəllimə özünü təkcə məktəb səviyyəsində deyil, həm də rayon, bələdiyyə və milli səviyyələrdə reallaşdırmaq imkanı verəcək.”

Mikanadze onu da bildirib ki, müəllimlərin əməkhaqqısının mərhələli şəkildə artırılması istiqamətində işlər davam etdiriləcək:

“Əməkhaqqının artan komponentinə də xüsusi diqqət yetirəcəyik — bu, konsepsiyanın ən vacib istiqamətlərindən biridir.”

Bizimlə əlaqə saxlayın