Prokurorluq, xarici vətəndaşların da daxil olduğu 7 nəfəri narkotik cinayətlərində ittiham edib
Gürcüstan Prokurorluğu böyük və xüsusilə böyük həcmdə narkotik vasitələrin qanunsuz alınması, saxlanması, satılmasına şərait yaradılması, narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi və yetişdirilməsi, həmçinin ölkəyə qanunsuz gətirilməsi faktları üzrə 7 nəfərə – o cümlədən xarici ölkə vətəndaşlarına – ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluq yayıb.
Daxili İşlər Nazirliyinin istintaqı müəyyən edib ki, saxlanılan şəxslər böyük və xüsusilə böyük miqdarda aşağıdakı narkotik maddələri qanunsuz əldə edib saxlayıblar: “metadon”, “tetrahidrokannabinol”, psilosibin tərkibli göbələk, “lizergid”, “dimetiltriptamin”, “buprenorfin” və qurudulmuş marixuana.
Məlumata görə iki nəfər narkotik vasitələrin satışını təmin etmək məqsədilə maddələri müxtəlif ərazilərdə yerləşdirib; İki şəxs xüsusilə böyük miqdarda “kannabis” tərkibli bitki əkib yetişdirib. Daha iki nəfər isə xaricdə olarkən böyük miqdarda “buprenorfin” alıb saxlayıb və Tbilisi Beynəlxalq Hava Limanının sərhəd-keçid məntəqəsi vasitəsilə narkotikləri qanunsuz olaraq Gürcüstana gətirib.
Aparılan əməliyyat tədbirləri nəticəsində narkotik vasitələr ələ keçirilib.
İttiham olunan şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin aşağıdakı maddələri üzrə ittiham verilib:
260-cı maddə – böyük və xüsusilə böyük həcmdə narkotik vasitələrin qanunsuz əldə olunması və saxlanması, təkrar törədilməsi və ya əvvəl narkotik cinayətinə görə məhkum olunmuş şəxs tərəfindən törədilməsi;260-tertsia maddəsi – marixuana və xüsusilə böyük miqdarda metadon satışına şərait yaratma; 262-ci maddə – xüsusilə böyük miqdarda narkotik vasitələrin ölkəyə qanunsuz gətirilməsi.
Sadalanan cinayətlər 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur.
Prokurorluğun vəsatəti əsasında məhkəmə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçib.


