01 
Dek
2025
10:55
150

Tbilisidə qəsdən adam öldürməyə cəhd: Polis bir nəfəri saxladı

Tbilisidə baş vermiş qəsdən adam öldürməyə cəhd hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, mübahisə zəminində təqsirləndirilən şəxs odlu silahdan atəş açaraq 39 yaşlı kişiyə xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Polis şübhəlini Tskaltubo ərazisində saxlayıb.

Məlumata görə, DİN-in Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları 1999-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş T.Q.-ni qəsdən adam öldürməyə cəhd ittihamı ilə həbs ediblər.

İstintaqın gedişində müəyyən edilib ki, mübahisə zamanı T.Q. odlu silahdan atəş açaraq 1986-cı il təvəllüdlü A.T.-yə xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Aparılan istintaq-əməliyyat tədbirlərindən sonra şübhəli şəxs Tskaltubo bələdiyyəsində tutulub.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 19-108-ci maddəsi üzrə istintaq davam edir. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın