30 
Nybr
2025
15:11
417

İtaliyada Gürcüstan vətəndaşları ilə bağlı genişmiqyaslı istintaq başladı

İtaliyada Modena şəhərində yaşayan bir qrup Gürcüstan vətəndaşı barəsində saxta sənədlərin hazırlanması və dələduzluq ittihamları ilə istintaq aparılır.

InterPress.ge xəbər verir ki, istintaq məlumatına görə, ümumilikdə 44 nəfər lituan pasportlarının saxta surətlərindən istifadə edərək işləməkdə, həmçinin sosial və vergi güzəştləri, eləcə də bank kreditləri əldə etməkdə şübhəli bilinir.

İlkin mərhələdə polis 13 gürcü miqrantı saxlayıb. Yerli mətbuat yazır ki, onlar ifadə alındıqdan sonra müvəqqəti olaraq azadlığa buraxılıblar, lakin bütün şəxslər polis nəzarəti altında qalır.

İstintaq materiallarında daha iki Gürcüstan vətəndaşı da figurant kimi göstərilir – bir nəfər kişi və 53 yaşlı qadın. İstintaqın versiyasına əsasən, həmin qadın Modenaya yeni gələn şəxslərə öz mənzilini müvəqqəti yaşayış üçün verib və onların qanunsuz fəaliyyətlərinin təşkilinə yardım edib.

Bizimlə əlaqə saxlayın