30 
Nybr
2025
10:42
198

Tbilisidə narkotik cinayətləri üzrə 8 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamenti və Patrul Polis Departamentinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsi və satışının təşviqi ittihamı ilə 8 şəxsi saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

Nazirliyin açıqlamasına görə, saxlanılanların şəxsi və yaşayış evlərində aparılan axtarışlar zamanı, həmçinin istintaq eksperimenti zamanı onların göstərdiyi ünvanlardan satış üçün hazırlanmış, xüsusilə böyük miqdarda müxtəlif növ narkotik maddələr – “marixuana”, “alfa-PVP”, “klefedron” və “metadon” maddi sübut kimi götürülüb. Qanunla bu cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Məlumata əsasən, xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışının təşviqi ittihamı ilə saxlanılanlar bunlardır:

İ.M., 2002-ci il təvəllüdlü

L.F., 1994-cü il təvəllüdlü

Keçmiş məhkumlar: A.J. (2005-ci il təvəllüdlü), G.Ç. (1993-cü il təvəllüdlü)

Xarici ölkə vətəndaşları: A.M. (1989), V.Ş. (2006), A.O. (1995), Ş.Ş. (1987)

Axtarışlar və istintaq tədbirləri nəticəsində götürülən maddələr satış məqsədi ilə əvvəlcədən qablaşdırılmış şəkildə olub.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cü prim və 273-cü maddələri üzrə davam edir.

Bizimlə əlaqə saxlayın