Co Uilson: “Gürcü Arzusu tarixdən dərs çıxarmalıdır – azad xalq həmişə qalib gəlir”
Amerikalı konqresmen, Respublikaçı Partiyanın üzvü Co Uilson “Gürcü Arzusu” hökumətini sərt tənqid edib.
InterPress.ge xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı bəyanatda bildirib ki, Gürcüstan xalqı artıq bir ildən çoxdur “Gürcü Arzusunun” ölkəni klan tipli diktaturaya çevirmə cəhdlərinə mərdliklə qarşı çıxır.
Konqresmenin sözlərinə görə, hakim partiya xalqın iradəsinə zidd addımlar atır:
“Bir ildən artıqdır Gürcüstan xalqı ‘Gürcü Arzusu’nun azad bir ölkəni klan diktaturasına çevirmək cəhdlərinə qarşı qəhrəmancasına müqavimət göstərir. Bu, xalqın iradəsinə zidd davranışdır. ‘Gürcü Arzusu’ tarixdən dərs çıxarmalıdır – azad xalq həmişə qalib gəlir,” – deyə Co Uilson yazıb.
Uilson daha əvvəl də Gürcüstandakı demokratik geriləmə ilə bağlı narahatlığını ifadə etmiş və ABŞ-ın Gürcüstan xalqının yanında olduğunu vurğulamışdı.


