28 
Nybr
2025
21:07
146

İctimai Yayımçının binası qarşısından Rustaveli prospektinə doğru aksiya-yürüş başlayıb

İctimai Yayımçının binası qarşısındam Rustaveli prospektinə doğru etiraz yürüşü gedir.

InterPress.ge xəbər verir ki, bugünkü etiraz yürüşü Baş nazir İrakli Kobaxidzenin bir il əvvəl verdiyi açıqlama ilə bağlıdır.

 Həmin açıqlamaya görə, Avropa Birliyi ilə danışıqlara başlamaq məsələsi 2028-ci ilin sonuna qədər gündəmdə olmayacaq.

Paytaxtda saat 19:00-dan etibarən TDU-nun birinci binası və İctimai Yayım Evinin köhnə binasının yaxınlığında iki yerdə etiraz yürüşü başlayıb.

İki yürüş Filarmoniyaya qoşulacaq və birlikdə Rustaveli prospektinə doğru gedəcək.

Nəticədə Parlament binasına doğru hərəkət edəcək bugünkü etiraz aksiyasına professorlar, müxtəlif sahələrin nümayəndələri, o cümlədən müxalifət siyasətçiləri qoşulacaq.

Xatırladaq ki, 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin "Gürcü Arzusu"nun qərarına əsasən, Avropa Birliyi ilə danışıqlara başlamaq məsələsinin 2028-ci ilin sonuna qədər gündəmdə olmayacağını açıqlamasından 1 il ötür.
Bu açıqlamadan sonra 365 gündür davam edən etiraz aksiyası baş tutub.

Vətəndaşlar qanunverici orqanın qarşısında dəyişməz tələblərlə toplaşırlar - yeni parlament seçkilərinin təyin edilməsi və etirazlar zamanı saxlanılanların azad edilməsi.

Bizimlə əlaqə saxlayın