Tbilisidə etiraz aksiyası keçirilir
Tbilisi Dövlət Universitetinin birinci korpusunun qarşısında toplaşan etirazçılar yürüşlə parlament istiqamətində hərəkət edirlər.
InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları Gürcüstan, ABŞ, Avropa İttifaqı və Ukraynanın bayraqlarını, həmçinin müxtəlif məzmunlu etiraz plakatlarını daşıyırlar. Yürüşdə müxalif siyasi partiyaların liderləri və üzvləri, fəallar və vətəndaşlar iştirak edirlər.
Xatırladaq ki, 28 noyabr 2023-cü ildə baş nazir İrakli Kobaxidzenin verdiyi bəyanatdan sonra ölkədə etirazlar başladı. O, həmin gün bildirmişdi ki, “Gürcü Arzusunun” qərarına görə, 2028-ci ilin sonuna qədər Aİ ilə danışıqların açılması gündəmə gətirilməyəcək.
Bu bəyanat geniş narazılığa səbəb oldu və etiraz aksiyaları artıq 365 gündür davam edir.
Aksiya iştirakçıları parlament binası önündə dəyişməz tələblərlə toplaşırlar:
Yeni parlament seçkilərinin keçirilməsi;
Aksiya müddətində saxlanılmış şəxslərin azad olunması.
Etirazçılar bu gün də eyni tələblərlə yürüşü davam etdirirlər.


