28 
Nybr
2025
18:09
286

Zaza Tavadze siyasətdən gedir

“Gürcüstan üçün Qaxaria” partiyasının üzvü Zaza Tavadze siyasəti tərk etdiyini açıqlayıb.

InterPress.ge xəbər verir ki,o, bu barədə məlumatı özünün “Facebook” hesabında yayıb.

Tavadzenin sözlərinə görə, o, yenidən peşə fəaliyyətinə — hüquqi-konsultativ sahəyə qayıdır və paralel olaraq Almaniyada davam edən elmi-tədqiqat işini tamamlayacaq.

“Bütün həmfikirlərimə, silahdaşlarıma, tərəfdarlarıma və hətta mənim siyasətdə olmağımı bəyənməyənlərə də təşəkkür edirəm. Sizin dəstəyiniz, tənqidiniz və fərqli fikirləriniz mənim üçün hər zaman dəyərli olub.

Bu gün düşünürəm ki, daha çətin, lakin məsuliyyətli bir addım atmalıyam — yenidən peşəkar, hüquqi-konsultativ fəaliyyətimə qayıtmalıyam. Eyni zamanda Almaniyada, Viurtsburq Universitetində PhD dissertasiyamın müdafiəsinin son mərhələsini bitirməliyəm.

Bir daha hər kəsə etimada, dəstəyə və əməkdaşlığa görə təşəkkür edirəm. Hər birinizin daim yanındayam və dəstəkçisi olacağam,” — deyə Zaza Tavadze bildirib.

Bizimlə əlaqə saxlayın