28 
Nybr
2025
09:59
336

Bu gün Tbilisidə iki istiqamətdən etiraz yürüşü keçiriləcək

Bu gün, 28 noyabrda, paytaxt Tbilisidə genişmiqyaslı etiraz aksiya–yürüşü keçiriləcək. Etirazçılar iki ayrı marşrutla yürüşə çıxacaqlar. 

InterPress.ge xəbər verir ki, 19:00-da yürüşlər həm Tbilisi Dövlət Universitetinin birinci korpusundan, həm də İctimai Yayımçının köhnə binası qarşısından başlayacaq.

Etirazçılar 20:00-dan etibarən parlament qarşısında toplaşacaqlar.

Aksiyaya professor-müəllim heyəti də qoşulur – onlar bununla bağlı bəyanatı simvolik olaraq Dövlət Universitetinin həyətində səsləndiriblər. Yürüşə müxtəlif sahələrin nümayəndələri, o cümlədən müxalif siyasi fiqurlar da qatılacaqlar.

Aksiyanın səbəbi bir il əvvəl – 2023-cü il 28 noyabrda, Baş nazir İrakli Kobaxidzenin “Gürcü Arzusu”nun qərarı ilə 2028-ci ilin sonunadək Avropa İttifaqı ilə danışıqların açılması məsələsinin gündəmdə olmayacağı barədə açıqlamasıdır.

Həmin bəyanatdan sonra başlayan etirazlar 365 gündür fasiləsiz davam edir. Vətəndaşlar hər gün parlament qarşısında toplaşaraq dəyişməyən tələblər səsləndirirlər:

• Yeni parlament seçkilərinin təyin edilməsi

• Etiraz aksiyaları zamanı saxlanılan şəxslərin azad olunması

Bu günkü yürüşün də eyni tələblərlə keçiriləcəyi bildirilir.

Bizimlə əlaqə saxlayın