20 
Nybr
2025
17:59
260

Kobaxidze: “Gürcüstan və Ermənistan arasında münasibətlər siyasi və iqtisadi sahələrdə dinamik şəkildə inkişaf edir”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstan və Ermənistan arasında münasibətlər müxtəlif sahələrdə — həm siyasi, həm də iqtisadi istiqamətlərdə — sürətlə və dinamik şəkildə inkişaf edir.

InterPress.ge xəbər verir ki, baş nazir bu barədə Gürcüstana rəsmi səfərlə gələn Ermənistan Prezidenti Vahagn Xaçatryanla görüş zamanı deyib.

İrakli Kobaxidzenin sözlərinə görə, hər iki ölkənin hökumətləri arasında çox sıx əməkdaşlıq mövcuddur və yaranmış pozitiv dinamika gələcək tərəfdaşlığın daha da dərinləşməsi üçün ciddi baza yaradır.

“Sevinirik ki, ölkələrimiz arasındakı münasibətlər dinamik şəkildə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin tez-tez baş tutması da bunun təsdiqidir. Gürcüstana səfəriniz və şəxsi dəstəyiniz bizim üçün çox önəmlidir. Münasibətlərimiz həm siyasi, həm iqtisadi baxımdan müxtəlif sahələrdə çox dinamik inkişaf edir. Ermənistan hökuməti ilə çox sıx əməkdaşlığımız var və əminik ki, bu templə münasibətlərimizin gələcək inkişafı istiqamətində böyük uğurlar əldə edəcəyik,” – deyə Baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər