15 
Nybr
2025
11:00
1496

Gürcüstanda dövlət nömrə nişanlarının qiymətləri – Tam siyahı və qaydalar

Gürcüstanda avtomobillərin dövlət qeydiyyat nişanlarının (nömrələrin) qiyməti onların üzərindəki latın hərfləri və rəqəmlərin kombinasiyasından asılı olaraq müəyyən edilir. Xidmət Agentliyinin rəsmi məlumatına görə, müxtəlif növ nömrə nişanları üçün ödəniş məbləğləri aşağıdakı kimidir:

InterPress.ge xəbər verir ki, dörd eyni latın hərfindən ibarət seriya və eyni rəqəmlərdən ibarət nömrə kombinasiyası (məsələn, AA-111-AA, BB-222-BB) üçün ödəniş 1000 lari təşkil edir.

Əgər nömrə 001–009 arası kombinasiyadadırsa (məsələn, BB-002-BB), qiymət 800 lari,

100–900 arası kombinasiyalar (CC-300-CC) üçün isə 600 lari müəyyən olunub.

Seriyadakı dörd latın hərfindən yalnız üçünün eyni olduğu hallarda:

111–999 arası kombinasiyalar (AB-444-AA) üçün – 800 lari,

001–009 arası kombinasiyalar (AB-005-AA) üçün – 600 lari,

100–900 arası kombinasiyalar (AA-600-BA) üçün – 400 lari.

Seriyada eyni cütlükdən ibarət iki fərqli latın hərfi olduqda:

111–999 arası kombinasiyalar (AB-777-AB) üçün – 800 lari,

001–009 arası kombinasiyalar (AA-008-BB) üçün – 600 lari,

100–900 arası kombinasiyalar (BA-900-AB) üçün isə – 400 laridir.

Dörd latın hərfindən yalnız ikisi eyni olduqda (məsələn, AA-111-BC), qiymətlər belədir:

111–999 arası kombinasiyalar üçün – 700 lari,

001–009 arası kombinasiyalar üçün – 500 lari,

100–900 arası kombinasiyalar üçün – 300 lari.

Əgər nömrə nişanında bütün latın hərfləri fərqlidirsə (məsələn, AB-444-CD), qiymətlər aşağıdakı kimidir:

111–999 arası kombinasiyalar üçün – 250 lari,

001–009 arası kombinasiyalar üçün – 200 lari,

100–900 arası kombinasiyalar üçün isə – 150 lari.

Bununla yanaşı, vətəndaşın istəyi ilə xüsusi seçilmiş rəqəm və ya hərf-rəqəm kombinasiyalarından ibarət nömrələr (məsələn, MEHEMMED1) üçün qiymət 10 000 lari təşkil edir.

Digər hallarda, yəni əvvəlki kateqoriyalara aid olmayan, lakin vətəndaşın istəyi ilə seçilmiş nömrə nişanlarında aşağıdakı məbləğlər tətbiq edilir:

• Seriyadakı dörd latın hərfi eyni olduqda və nömrə üçrəqəmli kombinasiyadan ibarətdirsə (AA-707-AA) – 450 lari;

• Seriyadakı dörd hərfdən yalnız üçü eyni olduqda (AA-050-AC) – 350 lari;

• Seriyada eyni cütlükdən ibarət iki fərqli latın hərfi olduqda (AB-080-BA) – 350 lari.

Mototsikllər, kvadrosikllər, trisikllər, mopetlər və yüngül kvadrosikllər üçün isə ayrıca tariflər müəyyən edilib. Belə ki, aşağıdakı kombinasiyalardan ibarət nömrə nişanlarının verilməsi 300 lari məbləğində qiymətləndirilir:

0001, 0002, 0003, 0004, 0005, 0006, 0007, 0008, 0009, 1000, 2000, 3000, 4000, 5000, 6000, 7000, 8000, 9000, 1111, 2222, 3333, 4444, 5555, 6666, 7777, 8888 və 9999.

Bundan əlavə, vətəndaşın istəyi ilə seçilmiş iki latın hərfi və dörd rəqəmdən ibarət mototsikl nömrə nişanlarının (məsələn, AB-2025) verilməsi də 300 lari təşkil edir.

Qeyd olunur ki, ödənişli dövlət nömrə nişanları qeydiyyatdan çıxarıldıqdan sonra Xidmət Agentliyində 365 təqvim günü ərzində saxlanılır və bu müddət bitdikdən sonra onların istifadəyə qaytarılması mümkün olmur.

Bizimlə əlaqə saxlayın